?>
Bir fincan qəhvə
Nizami küçəsi. Axşam saat 19:30 ərəfələri oalrdı. Yorğun addımlarla işdən evə qayıdırdım. Daha doğrusu kirayə qaldığım evə. Amma nədənsə içimdən bir hiss bir fincan qəhvə içmək üçün məni kafelərin birinə sürüklədi. Çox zaman yorğunluğumu azacıq da olsa qəhvə ilə çıxarırdım. Yorğunluğumu çixarmaq istəyi mənə o qədər baha başa gələcəkdi ki...Kaş heç yorğunluğumu çıxarmaq istəməzdim deyə illərlə peşman olacaqdım. Peşmanlığıma ağır iş şəraiti, yorğunluq, bir fincan qəhvə ya başqa şeylər səbəbkardımı? Hər nə səbəbkardı deyə bilmərəm amma artıq hər nə olmuşdusa olmuşdu, ediləcək bir şey yo:smiley:u. Zamanı geri qaytarmaqmı? Xeyr, bu əsla mümkün deyil. Elm buna bir çarə tapa bilməmişdir. Taleyimi yenidən yazmaqmı? Deyəsən mən axmaqlayıram.
Qəhvədən ikicə qurtum içmişdim ki, iki qısa ətəkli qız mənə yaxınlaşdı. Onların nə yuvanın quşu olduğu üz-gözündən məlum idi. Tanrı hər şeyi gözəl yaratsa da bunların gözəlliyi təbii deyildi. Şişirtmə dodaqlar çoxlarının ağlını başından ala bilərdi və bəlkə almışdı da.
Birinci fahişə:
-Sizin yanınızda əyləşə bilərikmi?
-Əlbəttə, buyurun (Mən hər şeydən öncə öz insanlığımı göstərməli idim).
-Minnətdaram.
-Dəyməz.
İkinci fahişə:
-Yaman yorğun görünürsünüz.
Bir xeyli susub cavab vermək istəmədiyimi anlasa da o yenidən davam etdi.
-Bəlkə, yorğunluğunuzu bizimlə çıxardasınız. Sizə rahatlıq verməkdən olduqca şad olarıq.
-Təklifiniz üçün minnətdaram. Amma xeyr deyəcəyim üçün üzrlü bilmənizi rica edirəm.
Birinci fahişə:
-Pah-pah, minnətin olsun ki, bizim kimi gözəllərlə yataqda rahatlayacaqdın. Sənə olmazın kefini verəcəkdik.
Allah köməkləri olsun. Bir fincan qəhvə içməyə də qoymadılar. Kafedən çıxmaq istəyirdim ki, bir oğlan da mənə tərəf yaxınlaşdı. Öncə elə düşündüm ki, yəqin bu qadınlara görə biz tərəfə təşrif buyurub. Amma sən demə yanılmışam. Özü də çox.
-Siz bu xanımların dəvətini rədd etsəniz də, ümidvaram mənə yox deməyəcəksiniz.
-Necə yəni?
-Mənimlə bir gecə keçirməyə nə deyirsən?
Ürəyimdə görəcək günlərim var imiş deyə düşünürdüm ki... -Narahat olma sənə elə həzz yaşadaram gəl görəsən. İndən sonra neçə gün ard-arda işləsən belə yorulmazsan.
-Sən canı get başımdan-deyə cavab verdim.
O, isə mənə əl-qol atmağa başladı.
Bir yandan yorğunluğun stressi, digər tərəfdən də bu parazitlərin hərəkətləri. Məni özümdən çıxarırdı, amma mən sadəcə bir fincan qəhvə içib yorğunluğumu çıxarmaq istəyirdim.
Mənə qarşı bir neçə yumruq hərəkəti artıq cavabsız qala bilməzdi. Ona zərər yetirməmək üçün soyuqqanlı olmağa çalışırdım amma bu anda kafenin mühafizəçilərindən biri məsələyə qarışmalı oldu və qeyin qolundan tutmağa çalışdı. Mavi isə ətrafdakı stulun üzərindən ani olaraq bıçağı götürüb mənim üzərimə şığıdı. Və mən artıq mütləq müdafiə olunmalı idim. Bu zaman mavinin əlindəki bıçaq özünə zərər yetirmiş oldu. Bıçaq onun qarın nahiyəsinə daxil olmuşdu. O, güclü qan itirirdi. O, artıq can verirdi.
Heç nədən zibilə düşmək buna deyiblər. Mən artıq zibilin tam ortasında idim.
10 dəqiqə sonra kafenin içi polis məmurları ilə dolmuşdu. Mən isə bu qətlin təsirindən hələ də donmuş vəziyyətdə idim. Əllərim qandallanmışdı. Hər nə olur-olsun bu artıq cinayət idi və mən də cinayətkar.
Şahidlərin etirafı nə qədər həbs cəzasının müddətinin azaldılmasına təsir etsə də ömrümün üç ilini həbsxana divarları arasında keçirəcəkdim. Düşünə bilirsiniz? Düz üç il. 1095 gün, 36 ay, 144 həftə, 26298 saat, 1577880 dəqiqə, 94672800 saniyə. Demək mən 94672800 saniyəni azadlıqdan məhrum edilərək yaşayacaqdım, daha doğrusu çürüyəcəkdim.

Düz üç il. 1095 gün, 36 ay, 144 həftə, 26298 saat, 1577880 dəqiqə, 94672800 saniyə bitdi və mən qismən olsa da azadlıqdayam. Baxmayaraq ki, məcburiyyət qarşısında, eyni zamanda istəmədən qatil olmuşdum amma yenə də vicdanım sızıldayırdı və ömrümün sonuna kimi də sızıldayacaqdı. Çünki, əqidəsi, həyat tərzi hər nə olur-olsun bir insanın həyatına istəmədən son qoymuşdum.

Və indi illərin dostu Məhəmmədlə Nizami küçəsini gəzə-gəzə söhbətləşirik. Təbii ki, başıma gələnlərdən yox, hamımızın başına gələ biləcəklərdən danışırıq.
İlk baxışda olduqca gözəl görünən şəhər. Minlərlə turistin ziyarət etdiyi Bakım. Dəbdəbəli həyatını sevənlər çox ola bilər, amma oğul istəyirəm streslə çırpınan ürəyini görə bilsin. Göz yaşlarına qərq olan küçələrinin dərdi kimi yandırır ki...
Bir zamanlar muzeyləri, mədəniyyət ocaqları, kitabxanaları ilə öyünən şəhərim. Bir zamanlar turistləri bura cəlb edən həqiqətən də siz idiniz. İndi də elə düşünürsünüz ki, onları sizin varlığınız cəlb edib bura gətirir? Ha ha ha...Xeyr. Əlbəttə ki, yanılırsınız, özü də çox yanılırsınız. İndi gecə klubları, masaj salonları ilə dillər əzbəri olan şəhərimin iniltilərini eşidirəm. Dili olsa danışardı, az da olsa boşaldardı dərdini. Amma çox təəssüf ki, Tanrı ona dil verməyib, onsuz dili olanlar da danışa bilmir. Danışsa nə dəyişəcəkdi ki. Üstəlik şəhərə dəli damğası da vuracaqdılar və Bakım öncəsi kimi “Küləklər şəhəri” yox “dəli şəhər” adlanacaqdı. Ah Bakım, nə günlərə qaldın. Ah Bakım, sən ki, belə deyildin.
On iki-on üç yaşlı qızların, ərli-ərsiz qadınların, mavilərin, transların alış-veriş mərkəzinə çevrilən Bakımın ürəyi dayanacaq. Axı nə qədər səbr eləsin, səbr etməyə canı da qalmayıb. Ayaq üstə, gözümüz görə-görə ölür Bakımız. Ah yazıq Bakımız, yazıq Bakımız. Nəyin ilə qürrələnək ki, ürəyimiz bir az yağ içə bilsin.
-Hə, Məhəmməd. Mən üç il həbsdən sonra qismən də olsa azadlığa qovuşa bildim. İndi rahat-rahat Bakımızın küçələrini gəzə bilirəm. Əslində cismən rahat gəzə bilsəm də daxilən Bakım üçün olduqca narahatam. Və bu narahatlıq məni heç də həbsxanadan az narahat etmir. Mənim həbsimin müddəti üç il çəkdi. Bəs görəsən Bakımızın həbs müddətinin zamanı nə qədərdir?
-Düzdü, Mübariz. Həqiqətən düz deyirsən. İnsanlar o qədər dəyişib ki, Bakının pisə doğru dəyişməsindən elə bil heç xəbərləri yo:smiley:ur. Ya da var, sadəcə hər kəs öz qorxusundan susur. Çünki, susmaq onlar üçün ən böyük azadlıqdır. Azadlığı susmaqda görənlərin canlı ölülərdən nə fərqi var ki...
-Göydələnlər qarşısında getdikcə daha da alçalan, mənəviyyatını pula satan bu insancığazlar görəsən nə zaman adam olacaqlar? Ya bəlkə adam olmaq bunların taleyinə yazılmayıb. Ya bəlkə də bunların taleyinə adam olmaq yazılsa da özləri adam olmaq istəməyib insancığaz olaraq qalmağı seçiblər.
-Yatmaq istəyənlər üçün oyanmaq hər zaman qorxuludur. Bu qədər yatmaqdansa ölümü seçmək daha şərəfli olardı, amma təbii ki, şərəf sözünün nə dediyini anlayanlar üçün. Zatən şərəfsizlər şərəf sözünü əsla sevməzlər. Onlar üçün şərəf şərəfsizlikdədir.
-Ah, nə gözəl dedin Məhəmməd. Onlar üçün şərəf şərəfsizlikdədir. Şərəfi olanlar sadaladığımız və sadalamadığımız bütün bunlara əsla biganə qalmazdı. Biganə qaldıqları üçün şərəfsiz adlandırılmağa tamamilə layiqdirlər.

İllər sonra Bakının küçələrini acı və bu dəfə daha acı təəssürratlarla gəzmək, əslində gəzmək də yox həmdərd olmaq. Biz bu dərdli şəhərin dərdli sakinləri nə vaxta kimi dərdlərin əlindən dərd çəkəcəyik? Tanrı bilir? Şəhər bilir? Ya biz bilirik? Xahiş edirəm bilən desin...
Habil Yaşar
25.05.2019 22:26
img/hikaye/thump_big/15d0cb10ce8f8d_400_yinebirgun.jpg

Benzer Hikayeler


Durgunum , halsixim karakterim değişti sanki bu aralar , normalde hareketli guler yüzlü biriyim. Ne oluyor bana donuk donuk bakıyorum etrafa
Devamını Oku
Onceden yataga yattigimda gozlerimi kapatip hayaller kururak uyurdum umutlarim gerceklesmesini istedigim dualarim vardi. Artik yataga yattigimda sadece tavani izliyorum ne kurulacak hayalim kaldi ne umutlarim nede gerceklesmesini bekledigim dualarim hadi iyi geceler
Devamını Oku
Bu nasıl bir insandır, nasıl bir babadır
Merhabalar. Beni çok rahatsız eden bir sorundan bahsedeceğim. sorun şu: Ben 22 yaşında bir erkeğim ve üniversiteye gidiyorum. Üniversitem ailemle yaşadığım şehirde olduğu için ailemle aynı evde kalıyorum. Benim sorunum babamla ilgili. Kendisi çok ters birisi. Çok çabuk sinirlenebilir ve kavga edebilirsiniz. Bu nedenle zamanla onu idare etmeyi öğrendim. Kendisiyle çok mecbur kalmadıkça iletişim kurmuyorum. Bu sayede çoğu zaman bir sorun yaşamıyoruz. Ama son zamanlarda tartışmalarımızda bana “benim paramı yiyorsun ya benim dediklerimi yap ya da çık git evimden” gibi laflar söylemeye başladı. Halbuki öyle serseri bir tipte değilim. Sürekli bas Daha fazla oku
Devamını Oku

Yinebirgün Hikaye paylaşım platformu

Herkesin bir hikayesi var...