?>
Yoxluğumun Varlığı
Yoxluğumun Varlığı.
Susdum ___bacara bildiyim və bəlkə də bir azda artıq qədər susdum…Susdum ki, belə daha məsləhətmiş deyə düşündüm öz- özümə. Həftələr ayları, aylar illəri itələdi bir-birinin ardı ilə. Və zaman ehtimal edə bilmədiyim qədər tez keçdi, elə keçdi ki, bir yarpağın yanıb kül olması qədər tez. Susmağım yoxluğum yox, yoxluğumun varlığının bir əlaməti idi, çünki mən yoxluğumda da var idim və yoxluğum gözlə görünə bilməyəcək qədər varlıq idi. İllər sonra yoxluğumun varlığında özümü tapa bildiyimdə sevindim. Sevindim ki, yoxluğumda varlığım unudulmayıb, varlığında yox olanlardan olmayacağam.
Susdum___ancaq bir an belə itirmədim həyat eşqimi, yaşamağa, yaratmağa olan sonsuz məhəbbətimi. Daima nələrəsə, nələri isə etməyə çalışdım. Hər nə etdimsə az gördüm, aza qane olmadım. Hər nə etdimsə susaraq etdim, sükutla yola verdim yoxluğumun varlığını. Özümdən danışdırmadan yaşamağı bacardım, yaşadım ki, sadəlik daha gözəldir. Sadəliyimdə tapdım yoxluğumun varlığını. O varlıq ki, əbədi yoxluqdan azad edəcək məni və bir gün bu dünyada olmayan zaman belə unutdurmayacaq yoxluğum varlığımı. Yoxluğumla varlığım arasında heç bir məsafə olmayacaq, çünki mən yoxluğumda da var olacağam…
img/hikaye/thump_big/15c9f7fa800618_400_yinebirgun.jpg

Benzer Hikayeler


Yazmaq
Çoxlarının asan düşündüyü, azlarının isə olduqca mürəkkəb proses olduğunu anlamasıdır yazmaq. Hər kəsə nəsib olmayan, ancaq hamının daxilinin ən gizli nöqtələrinə qədər sirayət edən əbədi bir tələbatdır – yazmaq arzusu. Zamanından, məkanından asılı olmayaraq o səni haqladısa əsirinə çevrilir, onun əlindən heç yana qaça bilməyəcək dərəcədə qüvvətlidir – yazmaq vergisi. Ən çox həssas olan insanların qəlbində zərrə-zərrə böyüyərək, anidən vulkan kimi partlamaqla özünün mövcudluğunu göstərməkdir yazmaq. Əgər yanar qəlbin, hər şeyi duyacaq istedadın yo:smiley:ursa axı necə qavraya bilərsən nədir yazm Daha fazla oku
Devamını Oku
img/hikaye/thump_big/15c893b17244f8_400_yinebirgun.jpg
Adanalı tiyatrocu Ercan Kont röportajı: https://alidemiral.webnode.com.tr/news/figuranliktan-mudurluge/
Devamını Oku
img/hikaye/thump_big/15c8c35cd5e91d_400_yinebirgun.jpg
İkinci eseri, "Bir Kadın Geçti Buradan" adlı şiir kitabını çıkaran şair Aysel Çınar Demirci'yle "Dörtyol Kültür ve Sanat Derneği"nde yaptığımız röportajın öz çekimi... Dolu dolu geçen bir 4 saat... Toprağım Aysel ablaya yazın hayatında bol ilham, azim ve okur diliyorum. Gerçekten keyifli bir buluşmaydı.
Devamını Oku
img/hikaye/thump_big/15c913747cb31e_400_yinebirgun.jpg

Yinebirgün Hikaye paylaşım platformu

Herkesin bir hikayesi var...