?>
Yaşamadığını düşünmək
Yaşamadığını düşünmək...
(Esse)
Habil Yaşar
(Yeni/06.11.2017)
Yaşamadığımı düşünürəm, amma hər nəfəs aldıqca nəyisə səhv düşündüyümü də anlayıram.
Nədən yalnız qaranlıq?
Bəlkə işığı görməyəcək qədər kor olmuşam və ya bəlkə o işığa gedən yolları heç axtarmamışam?
Bir az düşünməyin vaxtı deyilmi?
İçimdəki mən hər an Tanrı ilə danışmaqda davam edir və bəlkə də içimdəki o mən elə tanrının özüdür. O, tanrı ki, mənə sən bədbin fikirlərə məskən olmaq üçün yaradılmamışsan deyir. Toparlanmaq üçün sabah çox gec ola bilər, bu an isə ən ideal zamandır. İtirilən bir an ümid edilən əlli ildən daha dəyərli deyilmi?
Gələcək mənə xoş günlər vəd etməyə bilər, çünki gələcək hər zaman şübhəlidir. Amma mən xoş gələcək üçün vədlərimə sadiq qalaraq mübarizə apardımmı? Günahları başqalarının boynuna atmaq çıxış yolu deyildir. Bu ona bənzəyir ki, mən kollektiv idman oyununda öz vəzifəmi icra etmədən başqalarından qalib gəlməyi tələb edirəm.
Yağışlar torpağa həyat verdiyi kimi, mən də içimdəki məni ruhlandırmalıyam. Oysa hər zaman yağışlar yağmaz cadarlanmış torpaqlara. Demək ki, həyat da belədir. Heç də hər şey istədiyim kimi getməyə bilər, amma mən gedəcəyim istiqamətə doğru hər zaman yönlənməliyəm. Həyat geri çəkilənləri əsla bağışlamaz, sındırar, məhv edər.
İçimi işıqlandırmalı və işıq qaranlıqdan doğur əsla unutmamalıyam. Qaranlığa meydan oxuyarcasına davranmamalıyam, sadəcə işığın dəyərini anlatmalıyam qaranlığa. Qoy qaranlıq belə qürur duysun mənimlə.
Heç nə heç də mürəkkəb deyildir. Sadəcə sadə olanı mürəkkəb kimi görməməli, düşüncələrimi hər şey çox asandır deyə tənzimləməliyəm. Tanrı heç də əzab vermək istəməz, mən özüm özümə əzab vermək istəmədikcə.
İstənilən qələbə hədiyyə edilmir, qazanılır. Qazanmaq üçün nəyi itirməliyəm?-Hədiyyələrimi-bir az enerjimdən, bir az istədiklərimdən...
Yaşamadığımı düşünməm səhvlərin ən böyüyü.( Oysa ayağım altdakı o daş parçası belə yaşayır həyatı). Bu yazıları yazdıran içimdəki mənsə, demək yaşayan da mənəm.
Həyatıma rəng qatan hər gözəllik mənim fırçamın əsəridirsə, bu əsərləri də qorumaq mənim həyatımın məqsədidir.
Habil Yaşar 06.11.2017
img/hikaye/thump_big/15c9bad8846291_400_yinebirgun.jpg

Benzer Hikayeler


Adının üstüne anılar koydurma.. sen mezar taşı değilsin…
İşte bu da benim hikayem. Muhtemelen bunu okumayacaksınız, sağlık olsun ben içimi döküp rahatladım.
Yaklaşık 1 ay önceydi. Aradı beni, ben İstanbul'a gidiyorum dedi, ama nasıl olur aniden, bir anda apar topar, bana bundan hiç bahsetmeden. "Ama sana ihtiyacım var bugün buluşsak olur mu?" diye sordum şu an otobüsteyim dedi. Ne yani bana veda etmeden öylece gitmiş miydi? Son kez sarılmadan. "Beni öylece bırakıcak mısın?" diye soramama fırsat bile vermeden. Boğuk bi sesle "peki,tamam" diyebildim. Eve gittim sigara yaktım ağladım, çok ağladım. Aradan 1 hafta geçmişti ve o mesaj atmamıştı en son kendimi toparlayıp 'bitti mi ?' diye sorabildiğimi hatırlıyorum. "Evet bitti" dedi sadece bunu yazdı. Neden bana veda Daha fazla oku
Devamını Oku
Elinde kalan tek şey o bıraktığı anılar oluyor işte
Birgün karşına biri çıkıyor, “işte” bu diyorsun, “işte doğru insan.. "Güveniyorsun ona". Elinden tutuyorsun, öpüyorsun, sarılıyorsun, kokusunu içine çekiyorsun, dertleşiyorsun onunla, her şeyini paylaşıyorsun. Onun için çoğu insandan, coğu alışkanlığından vazgeçiyorsun. Hayallerinin, düşlerinin dünyanın en özel köşesine yerleştiriyorsun onu. Her yerde; işte, sokakta, babanın yanında bile onu düşünüyorsun. Onun için bir sürü fedakarlıklar yapıyorsun ve diyorsun ki "ona değer”. Uykunu feda ediyorsun lan uykunu biraz daha yanında kalmak, biraz daha konuşmak için. Evine bırakıyor daha kapı kapandığı an özl Daha fazla oku
Devamını Oku

Yinebirgün Hikaye paylaşım platformu

Herkesin bir hikayesi var...