?>
Bir intihar məktubu
Sizin xəyallarda özünüzün özünüzü aldatdığınız “cənnətinizi”, mənim “cəhənnəmdəki” göz yaşlarım təravətləndirəcək.
Habil Yaşar

Oxuyun, amma, dərk eləyin, sonra gec olacaq...(Növbədə siz də ola bilərsiniz).
Yüz faiz əminəm ki, bu məktubu oxuduğunuz təqdirdə məni cəhənnəmə göndərəcəksiniz (buna yalnız Tanrı qərar verir), amma əsl cəhənnəmdə sizlərin özü olduğunu unudacaqsınız.
Bəli, mən intihar etdim. Amma, heç nə səbəbsiz olmur.
Əgər, biriləri intihar edirsə öncə intihar edəni yox, onu buna məcbur edən amilləri nəzərdən keçirmək lazımdır. Məni iradəsi zəif, psixoloji pozğunluqları olan biri kimi də xarakterizə edə bilərsiniz, amma hər nə edirsiniz edin, sonunda hər şey sizin üçün qaranlıq qalacaq, çunki, zülmətdə yaşayanlar heç zaman işığın nə olduğunu anlamayacaq qədər kordular. Siz burda məni mühakimə edir, sanki, Tanrı imiş kimi məni cəhənnəmin qır qazanında yanmağımımdan danışırsınız. Görünür sizin bu dünyada müzakirə ediləcək mühüm problemləriniz yo:smiley:u. Birinin arxasınca heç zaman bilə bilməyəcəyiniz şeylərdən danışmaqdansa, real olan problemlərinizi nədən araşdırıb gün işığına çıxmırsınız. Bəli, mən intihar elədim, daha doğrusu məni sizlər buna sürüklədiniz, məcbur elədiniz. Bəli, mən günahkaram, amma bir şeyi əsla unutmayın: Biri intihar edirsə özü üçün günahkardır, onu buna sürüklüyən cəmiyyət isə toplum olaraq günahkardır. Bəli, siz günahkarsınız. Günahlarınızı nə ilə yuyacaqsınız? Namazlamı? Həccə getməkləmi? Oruc tutmaqlami? Nəzərinizə çatdırım ki, bütün bunlarla cənnətə gedəcəyinizi düşünürsünüzsə yanılırsınız, necə ki, əsrlərdir də yanılırsınız, dəyişməsəniz əbədi olaraq da yanılacaqsınız. Üzdə göstəriş üçün ibadətdənsə, yalnız Tanrının biləcəyi ünsiyyəti üstün tuturam. Ruhun ilə bağlı olduğunu cismin ilə nümayiş etdirmək Tanrı görülməzi görmür demək anlamına gəlmirmi?
Ey mənə kafir damğası vurub, məni məndən və sizdən daha gözəl tanıyan Rəbbin mərhəmətinə şübhə edən sözdə imanlı, inanclı cənnətliklər. İnanmıram ki, sizin cənnətiniz mənim cəhənnəmimdən daha gözəl ola. Sizin xəyallarda özünüzün özünüzü aldatdığınız “cənnətinizi”, mənim “cəhənnəmdəki” göz yaşlarım təravətləndirəcək. O, zaman mənim haqlı olduğuma şahidlik edəcəksiniz. Saxta əməllərinizlə rəzilliyinizi örtə bilməyəcəksiniz.
Sizin içinizdə Tanrının nifrəti gizlənir, xəbəriniz varmı? Kəsib ata bilməyəcəyinizə əmin ola bilərsiniz. Çünki, sizlər lənətə gəlmiş varlıqların öndə gələnlərindənsiniz.
Tanrı sizə xoşbəxtliyi nağıllardakı kimi göydən zənbillə tullamayacaq, o ana kimi ki, siz özünüz özünüzü islah etməyi bacarmayacaqsınız və çox güman ki, belə davamiyyətlə də bacarmayacaqsınız.(Yalnız bir duam qalır:Tanrı sizləri islah etsin Amin).
Bəli, mən yaşamaq istərdim, amma ölülər içində nəfəs almağın nə anlamı.
Bəli, mən intihar edib, cismən sizlərin arasından müvəqqəti olsa da uzaqlaşdım. Mənim intiharım, sizin düşünməyiniz üçündür. Əgər düşünə biləcəyiniz qəlbiniz varsa, bir an öncə gecikməyin, düşünün. Düşünün ki, donmuş vicdanınıza həyat verə biləsiniz. Birini intihara sürükləyən cəmiyyətin özünü mühakimə etməsi gərəkmirmi?( Dünən o, bu gün mən, sabah başqası, bir gün səni də gözləyə bilər bu intihar).
Gedirəm, gözlərim arxada qalmayacaq qədər rahat gedirəm, çünki, mən O na gedirəm, alnı açıq, üzü ağ.

Habil Yaşar 13.06.2017 01/45
img/hikaye/thump_big/15c950f833a08e_400_yinebirgun.jpg

Benzer Hikayeler


Boşluktayım sanki , gezmeyede doydum . Üniversiteyi Bittiğinden beri iş hayatındayım. Büssuru roman okudum. Bu sene sadece azaldı roman okumam. Çok iyi arkadaşlarım var ama hep aynı şeyler hayat felsefem farklılık benim değişik birşeyler yapmayı seviyorum. Aşk hiç yok koca bir hayatta arkadaslarım , tek başıma yaptığım.hobilerim ve de sevgili olmadan tanışma aşamasında biten aşklar . İçimden kime bakmak.geldiyse olmadı . Ya da karşılıklı oldu karakteri bana uymuyordu şuanda da kimseyle.konusmak falan istemiyorum. Yorgunluğun geçer mi bilemiyorum ama enerjim tükendi
Devamını Oku
Çocukluğum gülüşlerim can çekişiyor içimde. Nasılda yorgunum sana olan anılarımdan. Hayallerim bile dizlerimin üzerinde.
Devamını Oku
"Öyle bir diyar ki burası..."
"Öyle bir diyar ki burası... Gündüzler güneş sanki cehennemden gelmiş gibi heryeri kasıp kavuruyor, geceler sema kızıl gözlü yıldızlarla süsleniyor. İnsanlar avuç avuç toplanıp buraya atılmış gibi. Gözler kalbin aynasıdır derler. Onların gözleri soğuk kışları anlatıyor. İnsanın kalbini titretiyor gülümseyen yüzlerin arkasındaki soğuk kışlar. Kısa sürede kolay kolay yabancılaşıyor buradaki insanlar bir-birine karşı. Sanki biri sürekli geçilmez duvarlar örüyor insanların arasına. Şerap kokuları geliyor her sokaktan. İnsanların çoğu zehir içer gibi içiyor kan kırmızısı şerapları. Hava iyice kararıp ay kendini semada g Daha fazla oku
Devamını Oku

Yinebirgün Hikaye paylaşım platformu

Herkesin bir hikayesi var...