?>
Bir Şairin Etirafı (Esse) Habil Yaşar
Habil Yaşar
Bəlkə də heç kəs anlamayacaq yazdıqlarımı, amma mən də hər kəs anlasın deyə yazmağa məcbur deyiləm.
Bəlkə də heç zaman tapa bilməyəcəyim qadını axtarıram. Haradadır o qadın və ya heç olmasa o qadının varlığı mövcuddurmu? Bəlkə də beş addımlığımdadır və bəlkə də məsafələrin yetə bilməyəcəyi qədər uzaqlıqdadır, hələ insan oğlu o məsafələrin uzaqlığını düşünə bilməyəcək qədər ibtidaidir. Axtardığım o qadın şerlərimin əsas obrazı olsa da xəyalidir, utopikdir. İnsanlığın daha üstündə olan o qadını tapmaq hələ heç bir kəsə nəsib olmamışdır və hər bir insan, xüsusən yaradıcı insanlar, şairlər, rəssamlar məhz o qadını düşünərək öz dahiyanə əsərlərini yaratmışlar. Amma heç bir sənətkar onu tapdım, az da olsa yaxınlaşdım, toxundum, səsini eşitdim deyə biləcək qədər cəsarətli ola bilməz məncə. Çünki, ona toxunmaq bəlkə də yarana biləcək dahiyanə əsərlərin də sonunu gətirə bilər. Və məhz o zaman poeziya, şeriyyət, rəssamlıq hər şey bir göz qırpımında məhv ola bilər. Bu isə faciənin milyon qatı bir faciəyə çevrilər. Çünki axtarılan bəlkə də heç zaman tapılmasa yaxşıdır. O, qadın inanılmaz qədər gözəldirmi? Bilmirəm. O, qadın düşünülməyəcək qədər alicənabdırmı? Bilmirəm. Amma bir onu bilirəm ki, o, qadın heç də gözəlliyin və ya alicənablığın rəmzi deyil. Əgər sadaladıqlarımda o qadını tapmış olsa idim, bəlkə də heç bir şer yazılmayacaqdı və bəlkə də ilham pərisi dedikləri xəyali bir varlıq da məndən uzaqlaşacaq və bir daha ürək evmin qonağı olmayacaqdı. Böyük əsərlər yalnız və yalnız tapılması istənilən ancaq bir ömür boyunca əsla tapılmayacaq birini düşünərək, onu xəyallarda canlandıraraq yaranır. Və bəlkə də bir sənətkarın hər hansısa bir əsəri ona uğur gətirəcək, onu bütün dünyada əbədi olaraq yaşadacaqdır, amma o, heç zaman bunun fərqində belə olmayacaqdır. Səbəb? Səbəb isə çox sadədir. Çünki, heç bir sənətkar hansı əsərinin şedevr olacağını əsla düşünə bilməz və heç bir əsəri də düşünmədən yarada bilməz. Heç bir şair, heç bir rəssam, heç bir bəstəkar eyni zamanda heç zaman da Allah deyildir.
Habil Yaşar 2016
img/hikaye/thump_big/15c87e0fd63947_400_yinebirgun.jpg

Benzer Hikayeler


Nerden nereye
İnternette bir sayfada biriyle tanıştım ,hoş sohbet muhabbet saygılı gerçekten adam gibi adam biriyle tanıştım.muhabbet uzadı ben 2 çocuklu bekar bir kadınım onunda bir oğlu var.ben bekar sandım. O yüzden muhabbete samimiyetini güvenerek devam ettim.sonra evli olduğunu öğrendim.hemen heryerden sildim engelledim.vok kizmistim .aradan bir müddet sonra insatgramdan bir sayfa istek atıp duruyor.sildigim.halde neden istek atıp durduğunu söyledim sayfama destek verin lütfen dedi.neyse yaşını küçük gösterdi adminin dedi.derken sayfasında paylaşım yaptık felan.sonra ben bı ara merak edip görüntülü aradım.o şaşırdı on kamerayı açtı sonra arka kamera Daha fazla oku
Devamını Oku
Hayat
Ilk askimla evlenmedim yine son olan kazandi
Pişman mıyım? Hayıııır
8. sınıfta dershaneye gidiyordum. Dershanede nefret ettiğim Mehmet hoca vardı. Bir gün ailemle konuşmak için bizim eve gelmişti. Benden su istemişti mutfakta suyuna tükürdüm karıştırdım öyle getirdim verdim. İçerken de ohh çok şükür falan diyip gülümsedi. Pişman mıyım? Hayıııır
Devamını Oku

Yinebirgün Hikaye paylaşım platformu

Herkesin bir hikayesi var...